Kurikulum ləğv edilir? - Təhsil Nazirliyindən açıqlama

Təhsil Nazirliyi orta məktəblərdə kurikulumla təhsil sisteminin ləğv ediləcəyi barədə məlumatlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib ki, bu sistem ləğv oluna bilməz: "Kurikulumun ləğvi anlayışı kifayət qədər savadsız ifadədir: "Kurikulum həmişə olub, bu gün var və gələcəkdə də olacaq. Kurikulum təhsilin məzmunudur və bunsuz təhsil olmur. Onu ləğv etmək təhsili məzmunsuz saxlamaq deməkdir. Belə bir məsələ absurd ifadədir. Kurikulum eyni zamanda hər zaman təkmilləşən bir sahədir”.

AzNews.az