Bakıda turisti döyənlər saxlanıldı

Mayın 27-də Səbail rayonu ərazisindəki klublardan birində naməlum şəxs əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseyni döyüb.

AzNews.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən xəbər verir ki, o, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan İsgəndərli və Şahin Məmmədov saxlanılıblar.