Azərbaycanda “Vərəmlə mübarizə haqqında” qanuna dəyişiklik edilir. Azərbaycanda “Vərəmlə mübarizə haqqında” qanuna dəyişiklik edilir.

Vərəm xəstələrinə müavinətlərin verilmə qaydası dəyişilir

Azərbaycanda “Vərəmlə mübarizə haqqında” qanuna dəyişiklik edilir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.

İclasda bildirilib ki, vərəm xəstəliyinə tutulmuş işləməyən şəxslərə verilən müavinətlər bundan sonra nağdsız qaydada həyata keçiriləcək.

Qeyd edək ki, indiyədək qanunda müavinətlərin hansı formada ödənilməsi qeyd edilməmişdi.

AzNews.az