“Kamal Abdullanın yenidən təhsil sisteminə qaytarılması müsbət haldır.” “Kamal Abdullanın yenidən təhsil sisteminə qaytarılması müsbət haldır.”

"Kamal Abdulla təhsil üçün doğulub"- Ağacan Abıyev

“Kamal Abdullanın yenidən təhsil sisteminə qaytarılması müsbət haldır.”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ağacan Abıyev bildirib. Onun sözlərinə görə, Kamal Abdulla təhsil üçün doğulub:

“Kamal yüksək ziyalıdır, alimdir, yüksək səviyyəli bir pedaqoqdur. Özü də çavandır. Mənim kimi 80 yaşında deyil. Onun Azərbaycan təhsil sisteminə, tələbələrə verəcəyi çox sey var.”

Ağacan Abıyev qeyd edib ki, Kamal Abdulla ilə bağlı verilən qərar təhsillə yanaşı, cəmiyyətdə müsbət qarşılanıb:

“Mən Kamalla çoxdan tanışam. Bir yerdə işləmişik. Onun müəllimlik dərəcəsini məndən yaxşı bilən yoxdur. Bizim təhsil sisteminə onun kimi şəxslər lazımdır.”

Prezident İlham Əliyevin sərəncam imzalayıb. Həmin sərəncama əsasən Kamal Abdulla Azərbaycan Dillər Universitetinə rektor təyin edilib.

Bahar RÜSTƏMLİ

AzNews.az