Gürcüstandan Azərbaycana telefon gətirmək istədi

Avtomobilin oturacaqlarında gizlədilən mobil telefonların ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin ön oturacaqlarının içindən gömrük nəzarətindən gizlədilən 2 ədəd “Samsung Galaxy Grand prime” 2 ədəd “Samsung Galaxy J5 prime” və 2 ədəd “Samsung Grand J3” markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.