Qərb Universiteti 1996-ci ildə TASIC proqramı çərçivəsində magistratura proqramı təsis etməklə ölkəmizdə magistr səviyyəsində professional təlim təklif edən ilk universitetdir. Qərb Universiteti 1996-ci ildə TASIC proqramı çərçivəsində magistratura proqramı təsis etməklə ölkəmizdə magistr səviyyəsində professional təlim təklif edən ilk universitetdir.

Qərb Universiteti magistrlara ikili diplom təklif edir

Qərb Universiteti 1996-ci ildə TASIC proqramı çərçivəsində magistratura proqramı təsis etməklə ölkəmizdə magistr səviyyəsində professional təlim təklif edən ilk universitetdir.

AzNews.az xəbər verir ki, universitetin beynəlxalq şəbəkəsi magistrlar üçün xaricdə təhsil proqramlarına qoşulmaq üçün unikal imkanlar yaradır. Eyni zamanda dünyanın aparıcı universitetlərindən mütəxəssislər mühazirələr üçün universitetə dəvət olunur. İntensiv ingilis dili dərsləri isə xarici mütəxəssislərin tədris etdiyi proqramları yüksək səviyyədə mənimsəmək üçün baza yaradır.

Bunlarla yanaşı Qərb Universiteti İsveçrədə yerləşən Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birlikdə MBA proqramı üzrə ikili diplom layihələri həyata keçirir. Proqram çərçivəsində dərslər Qərb Universiteti və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin müəllimləri tərəfindən aparılır. Təhsil proqramının yekununda məzunlar hər iki universitetin diplomlarını əldə edirlər.

Məlumat üçün bildirək ki, hazırda universitetin infrastrukturunun müasirləşdirilməsi üçün əsaslı işlər aparılır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir, nəhəng kompleks, yeni binalar və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulur. Tələbə sayının ciddi şəkildə artacağını nəzərə alaraq universitet illik təhsil haqlarını ciddi şəkildə aşağı salıb.

Qərb Universiteti 2017/2018-ci tədris ili üçün MAGİSTRATURA pilləsinə bu İXTİSASLAR üzrə qəbul elan edir:

http://wu.edu.az/az/akprog/Postgradcourses/