Güclü dolu və leysan Gəncədə fəsadlara səbəb oldu

Səhər saatlarında Gəncə şəhərinə yağan güclü leysan və dolu şəhərdə ciddi problemlərə səbəb olub.

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, şəhərin Şah Bahəddin küçəsində 6 evə su dolub. Analoji hal şəhərin Məhsəti qəsəbəsində də baş verib.

Qəsəbədə yağan güclü dolu və leysan yağış təsərrüfata və meyvə ağaclarına ziyan vurub, 10-a yaxın fərdi evə qurunt suları dolub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası cəlb olunub. Bundan başqa, Gəncənin Şərq çıxışında yol kənarındakı bir neçə ağac aşıb. Şəhərin bəzi hissələrində enerjinin verilişində qısa müddətli fasilə yaranıb. Şəhərin Nizami küçəsində binanın dam örtüyünü külək qoparıb. Təbii fəlakətin fəsadlarını aradan qaldırılması məqsədilə ərazidə Gəncə şəhər Mənzil Kommunal və Təsərrüfat İdarəsinin əməkdaşları və texnikası çalışır.