Dünən erməni təxribatı nəticəsində qətlə yetirilmiş 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın fotoşəkilləri yayılıb. Dünən erməni təxribatı nəticəsində qətlə yetirilmiş 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın fotoşəkilləri yayılıb.

Ermənilərin qətlə yetirdiyi Zəhra və nənəsi- FOTO

Dünən erməni təxribatı nəticəsində qətlə yetirilmiş 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın fotoşəkilləri yayılıb.

AzNews.az Virtualaz.org-a istinadən həmin fotonu təqdim edir:

Müdafiə Nazirliyinin xəbərinə görə, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.