Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 188 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 255 nəfər zərər çəkib. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 188 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 255 nəfər zərər çəkib.

255 nəfər qidadan zəhərlənib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 188 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 255 nəfər zərər çəkib.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, yanvar-iyun ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər ölüb.

Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.

AzNews.az