Abituriyentlər, ixtisas seçimində diqqətli olun! - Video

İmtahanlar bitdi, ixtisas seçimi başladı.Abituryentlər əsas mərhələlərdən birinə qədəm qoyub. Biri valideynlərinin, digəri universitetin bir digəri isə öz istəyinə görə ixtisasını seçir.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, ekspert Rəsul Ağayevin sözlərinə görə ixtisas seçən zaman əsas yük valideynlərin üzərtinə düşür.Çünki bəzən valideynlər öz eqolarına görə uşaqları səhv istiqamətdə yönləndirirlər.

Ekspert həmçinin bildirirki, ixtisas seçən zaman ilk öncə imtahan verdikləri qrup üzrə öncəlikli olan ixtisaları və bacara biləcəklərini seçsinlər.

Ən əsası isə topladıqları balıda nəzərər alsınlar. Yazacaqları 15 ixtisas zamanı ilk 3 yeri öz ballarından yuxarı 9 yeri öz ballarına və istəklərinə uyğun olanı, son 3 yeri isə öz ballarından qat qat aşağı yer yazsınlar ki, universitetdən kənərda qalmasınlar. Əks halda yaxşı bal toplayan abituriyentlər səhv seçim etməklə gələcək xəyallarını məhv edə bilərlər.