Günün qızmar vaxtlarında iki avtomobil yolda qalıb. Hadisələrdən biri Xirdalan dairəsindəki tuneldə, digəri isə Bakı Beynəlxalq Avtovağzalının qarşısında yaşanıb. Günün qızmar vaxtlarında iki avtomobil yolda qalıb. Hadisələrdən biri Xirdalan dairəsindəki tuneldə, digəri isə Bakı Beynəlxalq Avtovağzalının qarşısında yaşanıb.

Polis yolda qalan nasaz maşınlara kömək etdi - Video

Günün qızmar vaxtlarında iki avtomobil yolda qalıb. Hadisələrdən biri Xirdalan dairəsindəki tuneldə, digəri isə Bakı Beynəlxalq Avtovağzalının qarşısında yaşanıb.

AzNews.az Avtosfer.az-a istinadən xəbər verir ki, hər iki avtomobilin yolda qalması tıxaca səbəb olur. Bunu kamera vasitəsilə izləyən Baş DYPİ-nin Yol-Patrul Xidməti Alayının Ekoloji nəzarət bölüyünün əməkdaşları sürücülərin köməyinə gəlib.

Bəzən texniki nasazlıq üzündən yolda qalan avtomobillər böyük tıxaca səbəb olur. Bu zaman həmin avtomobili kənara çıxarmağa heç kim kömək etmir. Məsələn, Avtovağzalın qarşısında belə hallar tez-tez yaşanır. Yol polisləri bəzən tıxaca görə həmin avtomobilin yanına patrul maşını ilə gələ bilmirlər. Ona görə də, “Ekologiya postu”ndan çıxıb bir neçə km yol qət edərək sürücülərə köməyə gəlirlər.

Qeyd edək ki, qeyd olunan ərazi yoxuş olduğu üçün başqalarının köməyi olmadan yolda qalan maşını itələyib kənara çıxarmaq çətin olur.

Eyni hal Xırdalan dairəsindəki tuneldə də yaşanır. Bəzən geriyə hərəkət mümkün olmadığı üçün 4-5 yol polisi əməkdaşı tuneldə qalan nasaz avtomobili itələyib tunelin o biri başına çıxarırlar. Əlbəttə, bütün bunlar sürücülərdə yol polislərinə qarşı rəğbət hissi yaradır. Lakin sürücülər də unutmasınlar ki, texniki cəhətdən nasaz avtomobillərlə yola çıxmaq tövsiyyə edilmir. Bu, qanunla da qadağandır. Əslində, yol polisləri bu videodakı sürücülərin hər birinə cərimə də yaza bilərdi. Lakin onlar insanlıq nümayiş etdirib köməklik göstərirlər. Ancaq bu o demək deyil ki, avtomobil hansı vəziyyətdə olur-olsun onu sürüb yollarda qalmaq lazımdır. Sürücülər bu cür məsələlərə diqqətlə yanaşmalı və avtomobili daim saz vəziyyətdə saxlamalıdırlar.