- Köhnə - Cəmiyyət
- 19 Fevral 2013 14:26
- 2 284
Ayaz Mütəllibov Xocalı faciəsindən danışdı: “Ruhum əziyyət çəkir”
Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı sualları cavablandıran A.Mütəllibov bu faciənin heç vaxt yaddaşlardan silinməyəcəyini deyib.
"Elə isə bəs Azərbaycanda, eləcədə digər ölkələrdə baş verən bütün bu hadisələr hansı siyasi mahiyyət daşıyır. Azərbaycanda bunun mahiyyəti onun əlverişli coğrafi mövqeyə və böyük yataqlarının mövcudluğu baxımından karbohidrogen xammalına malik olmasındadır. Ona görə də bütün baş verənləri geosiyasi məqsədlərinə çatmaq üçün Dağlıq Qarabağla manipulyasiya etməklə əlaqələndirmək lazımdır", - deyə eks-prezident bildirib.
Eks-prezidentin sözlərinə görə, İttifaq mərkəzinin mühüm məqsədlərindən biri "Azərbaycanda baş qaldıran separatçılığın qarşılığında yerli erməni separatçılarına" dəstək vermək olub.
"Ona görə də torpaqların toplanması üçün lazımi tədbir kimi keçmiş müttəfiq respublikalarda separatizmə qarşı profilaktika sovet Moskvasından postsovet Moskvaya rəvan qaydada keçdi. Bu, 90-ci illərin əvvəllərində Azərbaycana çox bəlalar gətirdi. Başlanğıc Xocalı faciəsi, sonu isə respublikanın yeddi rayonunun itirilməsi oldu".
AzNews.az