Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkar olunub. Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkar olunub.

Rusiyadan “Marlboro” gətirmək istədi

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkar olunub.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində olan əl yüklərinin içərisində gömrük nəzarətinə bəyan edilməyən 8600 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.