Ata arvadı ilə iki uşağını küçəyə atdı - Təzə eşqə düşüb

Azərbaycanda ata arvadı ilə iki uşağını küçəyə atıb.

AzNews.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Şəfiqə Nağıyeva məlumat verib. Vəkil bunun səbəbini iki uşaq atasının təzə eşqə düşməsi ilə izah edib:

“Bu gün yanıma bir ana gəlmişdi. Ananın qucağında bir aylıq körpə, yanında da azyaşlı oğlu var idi. Ata onları evdən çıxartmaq üçün məhkəməyə iddia ərizəsi verib. Çünki təzə eşqə düşüb, evlənmək istəyir. Ana göz yaşları ilə bunları mənə danışdığı zaman qəflətən gözüm 5 yaşlı uşağın gözünə sataşdı. Uşaqların gözündəki kədəri görəndə ürəyim param-parca oldu. O gözlərdə bir ata həsrəti, böyük bir qəm var idi. Sanki uşaq yalvarırdı ki, bizə köməl et. Onun yanında ağlamadım, göz yaşım qəlbimə axdı”.

Bahar RÜSTƏMLİ

AzNews.az