- Köhnə - Cəmiyyət
- 22 Fevral 2013 15:57
- 1 936
Əli Həsənov məmurları və deputatları ittiham etdi
Tədbirdə çıxışı zamanı Baş nazirin müavini ermənilərin tarixən azərbaycanlılara qənim kəsildiyini və Azərbaycan torpaqlarının hesabına Ermənistan dövlətinin yaradıldığını deyib:
"Son zamanlar Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımı siyasəti ilə bağlı dünya səviyyəsində böyük işlərin aparılır. Bu işlərdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva böyük xidmətlər göstərir. Prezident Adminstrasiyasının bir-iki şöbə müdiri Milli Məclisin bir neçə deputatı və bir neçə nazir bu məsələ ilə bağlı çıxışlar edirlər və hara gedirlərsə, bu məsələni qabardırlar. Təəssüflə bildirirəm ki, yerdə qalan nazirlər, millət vəkilləri və Prezident Administrasiyasının nümayəndələri, ümumiyyətlə bu məsələni qabartmırlar. Təbii ki, onların hər biri müxtəlif zamanlarda, müxtəlif beynəlxalq tədbirlərdə, ayrı-ayrı xarici ölkələrdə iştirak edirlər. Amma təəssüfləndirici haldır ki, onlar bir dəfə də olsun bu məsələni qaldırmırlar".
Əli Həsənov onu da bildirib ki, Azərbaycana milyonlarla insan gəlib-gedir, ancaq nə aeroportda, nə gömrük məntəqələrində, nə də sərhəd-keçid məntəqələrində Azərbaycanın dərdlərini anladacaq hər hansı broşürlara rast gəlmək mümkündür:
"Azərbaycanda yüzlərlə otel var. Onlarda Azərbaycanın dərdlərini anladan hər hansı vərəqələrə, broşürlara rast gəlmək mümkün deyil. Bunudamı Prezident etməlidir? Hesab edirəm ki, bu məsələdə biz fəal olmalıyıq".