- Köhnə - Cəmiyyət
- 26 Fevral 2013 15:01
- 2 146
Əvəz Zeynallı kəskin baş ağrılarından əziyyət çəkir
Ötən həftə Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidova müraciət edərək səhhətində problemlər yarandığını bildirib, tibbi müalicə müəssisəsinə köçürülməsini xahiş edib. O, müraciətində ürəyində ağrılar olduğunu, əsəb gərginliyi keçirdiyini, kəskin baş ağrılarından əziyyət çəkdiyini, nəfəs almasında problemlər yaşadığını və şəkər xəstəliyinin əlamətlərini müşahidə etdiyini vurğulayıb.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. Baş redaktor külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət almada ittiham olunur. Ona xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamı da irəli sürülüb. Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. 2013-cü il fevralın 13-də dövlət ittihamçısı baş redaktora 2 il hər hansı vəzifə tutmaq hüququndan məhrum olunmaqla 11 il həbs cəzası verilməsini təklif edib.