İsmayıllıda qeyri-adi velosiped - VİDEO

İsmayıllı sakini 2 metrə yaxın hündürlüyü olan velosiped hazırlayıb.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, uzun illərdir İsmayıllıda həvəskar velosiped dostları qrupu yaradan Əli İmamverdiyev bu alətə olan marağı sayəsində yeni velosiped yaradıb.

Xarici televiziya kanallarında ikimərtəbəli velosipedləri görən Əli özü də bu cür velosiped düzəltməyi qərara alıb. Özünün adi velosipedindən 1 həftə ərzində hündürlüyü 1m 70 sm-ə çatan velosiped düzəldib. Bunun üçün o, iki təkərdən, iki ramadan, oturacaqdan, sep və pedallardan istifadə edib.

Bu hündür velosiped görən hərkəsin diqqətini cəlb edir. Hətta bu cur velosipedə sahib olmaq üçün sifariş verənlər də var. İxtiraçı gələcəkdə velosipedə sürət qutusu qoyacağını, hündürlüyünü isə 2 m-ə çatdıracağını deyir.

Qeyd edək ki, dünyada isə ən hündür velosiped 5m 40 smdir.