Bu il dekabrın 19-da, səhər saat 11 radələrində şəhərin mərkəzi Heydər Əliyev xatirə parkında Azərbaycanda ilk dəfə olaraq məhz Lənkəranda “Çay, çəltik və sitrus meyvələri" festivalı keçiriləcək. Bu il dekabrın 19-da, səhər saat 11 radələrində şəhərin mərkəzi Heydər Əliyev xatirə parkında Azərbaycanda ilk dəfə olaraq məhz Lənkəranda “Çay, çəltik və sitrus meyvələri" festivalı keçiriləcək.

Çay, çəltik və sitrus meyvələri bayramı keçiriləcək - Azərbaycanda ilk

Bu il dekabrın 19-da, səhər saat 11 radələrində şəhərin mərkəzi Heydər Əliyev xatirə parkında Azərbaycanda ilk dəfə olaraq məhz Lənkəranda “Çay, çəltik və sitrus meyvələri" festivalı keçiriləcək.

AzNews.az xəbər verir ki, Lənkəran şəhər icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Məhsul bolluğu” bayramının ilk dəfə niyə məhz Lənkəranda, həm də bu fəsildə keçirilməsində isə heç bir qəribəlik yoxdur. Ötən əsrin 70-ci illərində Lənkəranda start götürən və sonradan bütün ölkəyə yayılan, 90-cı illərin sonuna kimi hər ilin elə bu vaxtları keçirilən məhsul bayramının pionerləri də məhz lənkəranlılar olub. Lənkəranın iqlimi, torpaqları burada hər cür nemət yetişdirməyə imkan yaradır.

Taxıl, çəltik, tərəvəz, bostan bitkiləri, sitrus meyvəçilik, çayçılıq, heyvandarlıq Lənkəranda iqtisadiyyatın aparıcı sahələridir. Hazırda əksər sahələrdə məhsul yığımı başa çatdığından, indi bayram düzənləmək üçün əsl vaxtdır! Ürəyinizdən Sədri, Haşimi, Akulə düyülərindən hazırlanmış plov keçirsə, narahat olmağa dəyməz. Festival günü təzə emal olunmuş Lənkəran düyüsündən 50 növ plov bişiriləcək və cənub mətbəxinin növbənöv ləziz təamları ilə gələn qonaqlara təqdim olunacaq. Bayram süfrəsində növbənöv kabablar da olacaq. Şirniyyat sevənləri də sürpriz gözləyir.

Məhsul bolluğu bayramı həm də Lənkəranda hasilə gələn məhsullara baxış olacaq. Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bayram ab-havasında bəzədilən parkda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi – ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və s. adlı örtülü pavilyonlar quraşdırılacaq və bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəstgahı təşkil ediləcək. Çay demişkən, həmin gün qonaqlara təqdim edilən ekoloji cəhətdən tam təmiz, ətirli, dadlı Lənkəran çayı olacaq - Lənkəran limonu ilə.

Bayram təkcə yemək deyil, həm də istirahətdir, əyləncədir. Bütün bunlar hamısı təşkilatçılar tərəfindən nəzərə alınıb. Lənkəranlı musiqiçilərlə yanaşı, ölkəmizin tanınmış sənət adamları bayramda iştirakları, musiqi töhfələri ilə festivala bir şuxluq, bayram əhval ruhiyyəsi qatacaqlar.

Esmira İsmayılova

Lənkəran

image description image description image description