İran ABŞ-nin BƏƏ-dəki hərbi bazasına hücum edib

İran ABŞ-nin BƏƏ-dəki Əd-Dəfra hərbi bazasına raket zərbəsi endirib.

Aznews.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

Bildirilib ki, zərbə raket silahlarından istifadə edilməklə endirilib. Dövlət teleradiosu sursatların buraxılış anının videogörüntüləri yayımlayıb.