ABŞ-ın Corctaun Universitetinin professoru, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daim dəstək verən, ABŞ mətbuatında məqalələrlə çıxış edən Brenda Şaffer Bakıdadır. ABŞ-ın Corctaun Universitetinin professoru, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daim dəstək verən, ABŞ mətbuatında məqalələrlə çıxış edən Brenda Şaffer Bakıdadır.

Amerikalı tanınmış professor Azərbaycanda - Foto

ABŞ-ın Corctaun Universitetinin professoru, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daim dəstək verən, ABŞ mətbuatında məqalələrlə çıxış edən Brenda Şaffer Bakıdadır.

AzNews.az xəbər verir ki, Qərbi Kaspi Universitetində (Western Caspian University) qonaq olan professor universitetin magistr və doktorantları üçün mühazirə deyib.

A.Şaffer alternativ enerji mənbələrinin əhəmiyyəti, onlardan səmərəli istifadə, bununla bağlı tətbiq olunan müasir texnologiyalar barədə ən son araşdırmalar və onların nəticələri barədə məlumatlar verib. Eyni zamanda qlobal iqlim dəyişiklikləri və ekoloji problemlər, onların həlli yolları nəzərdən keçirilib.

Professor bu və digər mövzular ətrafında tələbələrlə fikir mübadiləsi aparıb, sualları cavablandırıb.

Dekabrın 22-də professorun Qərbi Kaspi Universitetində daha bir mühazirəsi olacaq. "Dövlət və din modelləri: Azərbaycanın yeri bu spektrumda hardadır?" mövzusuna həsr olunacaq mühazirə universitetin Əhməd Rəcəbli 1/25 ünvanındakı tədris binasında saat 11.00-da başlayacaq.