Şirvanda itkin düşən qardaş-bacı tapılıb. Şirvanda itkin düşən qardaş-bacı tapılıb.

İtkin düşən qardaş-bacı 4 ay sonra tapıldı

Şirvanda itkin düşən qardaş-bacı tapılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan AzNews.az-a məlumata görə, bu il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri, 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.

Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan şəhər Polis Şöbəsinə müraciət edib. Polis şöbəsinin cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.