Paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbə sakini Nigar Hüseynli dekabrın 4-də hədiyyə istəmək üçün Şaxta babaya məktub yazıb. Məktub yazmaq onun məktəbli kitabçasında gördüyü qeyddən sonra ağlına gəlib. Paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbə sakini Nigar Hüseynli dekabrın 4-də hədiyyə istəmək üçün Şaxta babaya məktub yazıb. Məktub yazmaq onun məktəbli kitabçasında gördüyü qeyddən sonra ağlına gəlib.

10 yaşlı qızın Şaxta babadan istədiyi hədiyyəni "Azərpoçt" göndərdi - Video

Paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbə sakini Nigar Hüseynli dekabrın 4-də hədiyyə istəmək üçün Şaxta babaya məktub yazıb. Məktub yazmaq onun məktəbli kitabçasında gördüyü qeyddən sonra ağlına gəlib.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, 4-cü sinif şagirdi olan Nigar Şaxta babanın hədiyyəni göndərməsi üçün evlərinin ünvanını məktubda qeyd edib. Lakin məktub normal qaydalara uyğun yazılmadığından poçt əməkdaşlarının diqqətini çəkib.

4 gün əvvəl isə "Azərpoçt" MMC-nin poçt bağlamaları daşıyan maşını vasitəsi ilə böyük bir bağlama Nigarın məktubu qutuya atdığı 15 saylı poçt şöbəsinə göndərilib. Uşağın valideynləri də qaydalara uyğun olaraq bağlamanı almaq üçün oraya dəvət ediliblər.

Göndərilən bağlamada Nigarın istədiyi gəlinciklə yanaşı, bir neçə oyuncaq və hədiyyə qutusu da olub.

"Azərpoçt" MMC-dən bildirilib ki, uşaqlar tərəfindən yazılan bu cür məktublara tez-tez rast gəlinir.