- Köhnə - Cəmiyyət
- 8 Yanvar 2018 18:18
- 3 216
9 yaşlı məktəblini avtomobil vurub öldürdü

İmişli rayonunda avtomobil azyaşlını vurub.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil Mirili kənd sakini, 2009-cu il təvəllüdlü Şahpələngova Təranə Sakit qızını magistral yolu keçərkən vurub. Məktəbli ağır vəziyyətdə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Uşaq aldığı xəsarətlərdən 1 saat sonra ölüb.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.