Axtarışda olan şəxsdə odlu silah-sursat aşkarlandı

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Oqtay Şirinovun yeri müəyyən edilərək saxlanılıb.

AzNews.az xəbər verir ki, şəxsi axtarış zamanı onun üzərində kustar üsulla hazırlanmış qələm tapança və 55 ədəd patron aşkarlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Oqtay Şirinovun yeri müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində kustar üsulla hazırlanmış qələm tapança və 55 ədəd patron aşkarlanıb.

Araşdırma zamanı onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu da müəyyənləşdirilib.

O.Şirinov götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Aşkarlanan silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.