Bu gün Qəbələ şəhərində “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans başlayıb Bu gün Qəbələ şəhərində “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans başlayıb

Qəbələdə beynəlxalq tədbir keçirilir

Bu gün Qəbələ şəhərində “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans başlayıb





APA-nın məlumatına görə, Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilən konfransda Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv və təşkilatlarla əməkdaşlıq edən bir sıra dövlətlərin fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərləri iştirak edirlər.

Konfransa Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi ilə yanaşı, 54 ölkədən nümayəndə heyətləri qatılıb.

Tədbirdə mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili və digər məsələlər müzakirə olunur.

Konfransda əvvəlcə Azərbaycan FHN-in fəaliyyətini əks etdirən video rolik nümayiş etdirilib. Daha sonra mülki müdafiə sahəsində əhalinin hazırlığı, fövqəladə halların qarşısının alınması və əhalinin həyat təminatının təşkili sahələri üzrə konfrans iştirakçılarının məlumatları dinlənilib. Azərbaycan FHN tərəfindən təqdimat keçirilib.

Qeyd edək ki, konfrans çərçivəsində Bakı şəhərində FHN-in qüvvə və vasitələrinin cəlb olunması ilə xüsusi taktiki təlim keçiriləcək.

AzNews.az