Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə başçəkmə həyata keçiriblər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə başçəkmə həyata keçiriblər

Ombudsmanın nümayəndələri aksiyaçılarla görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə başçəkmə həyata keçiriblər




Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, aparatın əməkdaşları 10 mart 2013-cü il tarixdəki aksiya zamanı saxlanılan şəxslərlə görüşüb, onlara qarşı rəftarı, saxlanılma şəraitini və saxlanılmanın qanuniliyini təsdiq edən sənədləri araşdırıblar.

İnzibati qaydada həbs olunmuş Məhəmməd Məcidli, Babək Həsənov, Türkel Əlisoy, Elvin Baycan və İlkin Rüstəmzadə ilə söhbət zamanı həmin şəxslər saxlanıldıqları müəssisədə şəraitdən və onlara qarşı rəftardan şikayət etməyiblər. Eyni zamanda onlardan bəziləri ilkin tutulma zamanı Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində (MSY) sıxlıqdan narazılıq ediblər.

MPQ-nin üzvü olan həkim onların səhhəti ilə tanış olub və problemlərin olmadığı müəyyən edilib.

Həmin şəxslərin hər birinin qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən, ailə üzvləri və yaxınları ilə telefon əlaqəsi saxladığı müəyyənləşdirilib.

Adı çəkilən şəxslərdən əlavə 10 nəfər də qəbul edilib.

Başçəkmə keçirilmiş müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

AzNews.az