Firuddin Cəlilov: “”El” hərəkatının adını mən vermişəm”

"Bu gün dünyaya yeni bir uşaq gəlir. Amma bu uşaq anadan olandan intellektual doğulub".

Bu fikirləri, tanınmış alim, Ziyalılar Forumunun üzvü Rafiq Əliyev "El" Hərəkatının cəmiyyətə təqdim olunmasıyla bağlı açıqlanmasında deyib. Təqdim olunan yeni qurumla bağlı səsləndirilən fikirlərə toxunan R.Əliyev bildirib ki, "El"in elanı ilə Ziyalılar Forumunun siyasi qolu, siyası qanadı yaranır" deyənlər bilsinlər ki, Ziyalılar Forumunun iki qoşa qanadı var:

"Bu qanadlardan biri elm, digəri isə sənətdir. Bu qurumda bir araya gələnlərin hansı siyasi qurumu təmsil etməsinin heç bir fərqi yoxdur. Onlardan hansı olur olsun, əsas odur ki, bu qüvvələr sağlam olsun, eyni bir məcraya vursun. "El"in ruhu uğur olar".
"Şərqdə ilk dəfə olaraq babalarımız bir Demokratik Cumhuriyyət qurublar. Biz də onların nəvələri olaraq ötən əsrin sonlarında bərpa etdik və istədik ki, o demokratik dövlət yürüsün".

Bu fikirlər isə sabq Təhsil Naziri Firudin Cəlilova məxsusdur. O qeyd edib ki, son 20 ildə demokratik düşüncəli şəxslərin istəkləri, planları həyata keçməyib, yerində qalıb: "Bizim istədiyimiz demokratiyadır, neçə illərdir demokratiya deyirik. Amma biz unuduruq ki, bizim millətimizin qanında demokratiya var. Bizim milli mentalitetimiz demokratiyadan yoğrulub".

"Demokratiya xalqın hakimiyyətidir" deyən F.Cəlilov bildirib ki, EL sözü də xalq, hakimiyyət, ölkə, vətən deməkdir: "Yeganə millətik ki, EL sözü özündə demokratiyanı da, hakimiyyəti də, xalqı da birləşdirir. Ona görə də hərəkata EL adı verilib. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu hərəkatın adının mən vermişəm. Dədə Qorqud demişkən, "El"-in adını mən vermişəm ömrünü Tanrı versin".

Gültəkin
AzNews.az