Azərbaycanda yayda alternativ su mənbələrindən istifadə ediləcək - Açıqlama

Bu il Azərbaycanda əsasən yay aylarında alternativ su mənbələrindən istifadə edilməsi planlaşdırılır.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərsu "Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib.

Q.Hüseynovun sözlərinə görə, artıq Gədəbəy və Lerikdə alternativ su mənbələrinin yaradılması üzrə işlər tamamlanmaq üzrədir:

"Hazırda Şamaxıda bu işlər davam etdirilir. Yay mövsümünə qədər Gədəbəy və Lerikdə işləri tamamlaya biləcəyik. Bu ilin sonuna layihənin başa çatdırılması gözlənilir. Tovuzda isə layihə başa çatmasa da, böhran dövründə köhnə xətti istifadəyə verməklə su qıtlığının qarışısını alacağıq".