Zaqatalada avtoxuliqan saxlanılıb, ona 40 günlük həbs cəzası verilib. Zaqatalada avtoxuliqan saxlanılıb, ona 40 günlük həbs cəzası verilib.

Zaqatalada avtoxuliqana həbs cəzası verilib

Zaqatalada avtoxuliqan saxlanılıb, ona 40 günlük həbs cəzası verilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, Zaqatalada şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edən “VAZ 21011” markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən “Saxla” əmri verilib. Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib.

Yol polisi əməkdaşlarının sayıqlığı nəticəsində onu saxlamaq mümkün olub. Sürücünün Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyənləşib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib. Zaqatala Rayon Məhkəməsinin qərarı ilə ona 40 günlük həbs cəzası verilib.

Qeyd edək ki, əvvəllər də avtoxuliqanlıqla inzibati məsuliyyətə cəlb olunmuş E.İbrahimov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.

image description