Gömrük nəzarətinə bəyan edilməyən mobil telefonlar və aksesuarlar aşkarlanıb. Gömrük nəzarətinə bəyan edilməyən mobil telefonlar və aksesuarlar aşkarlanıb.

Gömrükdə 70 ədəd qanunsuz mobil telefon və aksesuar aşkarlandı - Foto

Gömrük nəzarətinə bəyan edilməyən mobil telefonlar və aksesuarlar aşkarlanıb.

AzNews.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Baxış zamanı, avtomobilin gizli saxlanc yerlərindən 70 ədəd müxtəlif markalı mobil telefonlar və aksesuarlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.