- Köhnə - Cəmiyyət
- 13 Sentyabr 2018 11:21
- 4 541
Üç ərəb hərəyə 2 min cərimə ödədi - Qanunsuz ova görə
Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən üç nəfər saxlanılıb.
AzNews.az xəbər verir ki, ETSN-dən oxu.az-a verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahada Almehemid, Nasser Saleh Alnuuayser, Fahad Sulaimani Alhumaid olduğu məlum olub.
Onlardan üç ov tüfəngi, 50 patron götürülüb.
Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.
AzNews.az