Zahid Oruc Zahid Oruc

Sosial dövlətin sonu?

Zahid Oruc




Britaniya hökumətinin son qərarlarına diqqətinizi çəkəcəm. Lakin öncə bir nəzəri müddəa haqqında...

Dünya dövlətlərini öz iqtisadi modellərinə qovuşdurmağa və kapitalist sisteminin alternativsizliyini göstərməyə çalışan Qərbin həyata keçirdiyi son büdcə-maliyyə tədbirləri əslində yeni bir formasiyanın başlanğıcı sayıla bilər.Əslində belə bölgünü klassik bolşevik yanaşması sayanlar fərqindədirlər ki,ötən əsrin müxtəlif dövrlərində yaranan krizlərdən sonra başlanan yeni tsikl həqiqətən hər bir siyasi hakimiyyətlər qarşısında mühüm vəzifələr qoymaqla mütəhərrik ideyaları meydana çıxardı.

İndi dumanlı Albionda kəmərlərin çəkilməsinin daha həlledici mərhələsinə başlanıb.Söhbət sosial dövlət modelindən imtinaya xidmət edən bir sıra addımlardan gedir.Onlar haqda qəsa məlumatları bölüşməzdən öncə yaxın keçmişimizdə şahidi olduğum bir siyasi polemikanı xatırlamaq yerinə düşərdi.

"Yaşayış minimumu" və "şərti maliyyə vahidi" haqda parlament diskussiyalarının birində mərhum həmkarlarımızdan biri təklif etdi ki,aşağı həddi müəyyənləşdirməklə yanaşı,qanunverici orqan "yaşayış maksumumu" barədə də kvota qoymağı qərarlaşdırmalıdır.Əlbəttə, əslində heç kəs insanların iqtisadi qabiliyyətinə limit tətbiq etməklə onları zorən sosialist bərabərliyinə qovuşdura bilməz.Bu açıq şəkildə insan hüquqlarına basqı olardı.Lakin Amerika prezidentinin son addımları sübut etdi ki,varlıların öhdəliklərini artırmadan cəmiyyətdə təbəqələşmənin katastrofik nəticələrindən qaçmaq mümkün deyil.Ona görə də maksimum gəlirlə işləyən korporasiyaların və adamların dövləti borcunu tənzimləmədən keçinmək mümkün deyil. "Təbiət qeyri-bərabərliyin harmoniyasında mövcuddur" deyib də insan toplumlarının imkan və yaşam fərqləri arasındakı əlçatmazlığa haqq qazandırmaq olmaz.Əgər bir yerdə milyardlar artırsa,o mütləq başqa birilərinin istismarı hesabına əldə olunur.Bu nə Marks nəzəriyyəsidir,nə də Kalvinizm.

Brinaniyada sosial klimatı dəyişən tədbirlər ilk növbədə,yüksək gəlirli ailələrin cibinə zərbəni nəzərdə tutur. Məsələn,bir şəxsə düşən mənzil fondunun kvadraturası-ölçüsü orta normanı aşırsa, onda hər çarpayıya görə ödəmələr işə düşür. Əslində bu birbaşa vergi deyil, sadəcə həmin şəxslər subsidiyadan məhrum edilir.Təxminən 660 min ailə sözügedən normativ əsasında illik 728 funtdan məhrum edilcəkdir.

Daha sonra qara siyahının növbəti qurbanları-vəkillər önə çıxır. Əvvəllər onların hamısı dövlət yardımının subyekti sayılırdısa, indi yalnız aztəminatlı hüquq müdafiəçiləri bu haqqa layiq görüləcəklər.

Geniş bir sanksiyaları özündə ehtiva edən qənaət proqramı Yunanıstandakı kimi təkcə iqtisadi deyil,həm də siyasi nəticələr doğura bilər.Belə ki, apreldə hakim partiyanın xalq qarşısında böhrandan çıxmaq üçün son müddəti başa çatır.

Avropada varlılar üzərinə hücum Rusiyanın Depardye kimi məhşur aktyoru qazanması ilə nəticələndiyindən təxmin etmək çətin deyil ki, Britaniyanın da ünlü sənətçiləri eyni demarşları öz höhumətlərinə qarşı edəcəklər.

Düzdür, Berzovskidən sonra bu sadə vəziyyət deyil.Lakin rus oliqarxiyasının Avropaya sığnmasının əvəzini Putin indi çıxmasa, O,Feliksin şinelindən keçmiş çekist olmazdı.

Varlıların Rusiyaya sığınması isə Qərbin növbəti başağrısına çevriləcək.Çünki demokratiya kəməri onları sıxır!