Xalq artisti Nazpəri Dostəliyeva Müsavat başqanı İsa Qəmbərin oğlunun toy mərasimində iştirakı barədə mətbuatda dərc olunan yazılara Publika.Az vasitəsi ilə münasibət bildirib: Xalq artisti Nazpəri Dostəliyeva Müsavat başqanı İsa Qəmbərin oğlunun toy mərasimində iştirakı barədə mətbuatda dərc olunan yazılara Publika.Az vasitəsi ilə münasibət bildirib:

Nazpəri Dostəliyeva İsa Qəmbərin oğlunun toyundan danışdı

Xalq artisti Nazpəri Dostəliyeva Müsavat başqanı İsa Qəmbərin oğlunun toy mərasimində iştirakı barədə mətbuatda dərc olunan yazılara Publika.Az vasitəsi ilə münasibət bildirib:



"Bu xalqın xoşbəxt sənətkarıyam ki, körpəsindən tutmuş yaşlısına qədər hər kəs məni sevir. Harada olsam, məni öz şad günlərinə dəvət edirlər, xoşbəxt anlarını mənimlə paylaşırlar. Mənim üçün fərqi yoxdur, iqtidar, ya müxalifət, ağ, ya qara, o elli, ya bu elli və s. Əgər kimsə məni öz balasının xeyir işində görmək istəyibsə, burda qəbahət heç nə yoxdur. Sadəcə, bəziləri bu situasiyadan bir bəhanə kimi istifadə edib məni qaralamağa çalışırlar. Əgər məni yenə də hansısa insan öz övladının xeyir işinə çağırsa, yenə gedəcəyəm. Mən xalqımın sevimli övladıyam və hər bir azərbaycanlını da öz balam qədər sevirəm. Müxalifətdə də, iqtidarda da xalqın ziyalı oğulları fəaliyyət göstərir. Mən heç kimə fərq qoymuram".

AzNews.az