Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Səməd Vurğunla bağlı söylədiyi fikirlər birmənalı qarşılanmayıb Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Səməd Vurğunla bağlı söylədiyi fikirlər birmənalı qarşılanmayıb

Təhsil Nazirliyindən Sərdar Cəlaloğluna cavab

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Səməd Vurğunla bağlı söylədiyi fikirlər birmənalı qarşılanmayıb



Partiya sədrinin S. Vurğunun kitablarının yandırılması, dərsliklərdən çıxarılması ilə bağlı söylədiklərinə Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıdan cavab gəlib.

Nazirlik rəsmisi AzNews.az-a açıqlamasında dərsliklərin bir nəfərin fikrinə görə tərtib edilmədiyini bildirib: "Hər kəsin öz şəxsi fikri ola bilər. Ancaq bu o demək deyil ki. bu fikri ictimaiyyətin düşüncəsi kimi təqdim edəsən. Dərslik çox ciddi məsələdir və burada şəxsi fikirlər nəzərə alınmır. İstəyimiz odur ki, bu həqiqət başa düşülsün və ədəbiyyatımıza, tariximizə, ədəbiyyat tariximizə daha ciddi münasibət göstərilsin".

Elnarə
AzNews.az