Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 2 pilot həlak olub

Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Su-30MKI qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində hər iki pilot həlak olub.

Bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti 6 martda məlumat verib.

X sosial media platformasında (əvvəllər Twitter) yerləşdirilən mesajda deyilir: "Bütün Hindistan Hərbi Hava Qüvvələri bu kədərli anlarda mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir və dəstək olur".

Mövsüm,

AzNews.az