Pensiyalarla bağlı yayılan xəbər yalan çıxdı

"Azərbaycanda aprel ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi qrafiklə nəzərdə tutulan vaxtdan əvvəl başa çatdırılıb. Aprel ayının 25-nə qədər pensiyaçıların bank hesablarına ümumilikdə 174 mln.manat keçirilib. Hazırda Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabında 30 milyon manatdan çox vəsait vardır ki, bu da növbəti aylar üçün pensiyaların maliyyələşdirilməsində istifadə ediləcək".

Bu açıqlamanı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqə sektoru yayıb.

Bildirilib ki, əmək pensiyalarının əhaliyə sabit və dayanıqlı catdırılmasını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ilin ötən dövrü ərzində əmək pensiyalarının maliyyələşdilrilməsi daim vaxtında həyata keçirilib, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin edilib.

"Fond tərəfindən gələcəkdə də pensiyaların vaxtında maliyyələşdirilməsi üçün lazımi tədbirlər davam etdirilir. Lakin son günlər bəzi kütləvi informasiya vasitələrində pensiyaların əhaliyə çatdırılmasında gecikmələrə yol verildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır. Bir daha bildiririk ki, hər hansı mənbəyə istinad olunmadan, birtərəfli qaydada yayılan bu informasiyalar qərəzli və yanlışdır".//modern.az//

AzNews.az