Baş Prokurorluq millət vəkili Etibar Hüseynovun köməkçisinin həbs edilməsi barədə mətbuatda yayılan informasiyalara münasibət bildirib Baş Prokurorluq millət vəkili Etibar Hüseynovun köməkçisinin həbs edilməsi barədə mətbuatda yayılan informasiyalara münasibət bildirib

Prokurorluqdan deputat köməkçisinin həbsinə münasibət

Baş Prokurorluq millət vəkili Etibar Hüseynovun köməkçisinin həbs edilməsi barədə mətbuatda yayılan informasiyalara münasibət bildirib



Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bu məlumatlar tərəfimizdən təkzib olunur".

Qeyd edək ki, bu gün bəzi KİV-də deputat Etibar Hüseynovun köməkçisi İlqar adlı şəxsin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi barədə məlumatlar yayılıb.

AzNews.az