Bakıda yeraltı qarajlar istifadəyə verildikdən sonra avtomobillərin yol kənarında saxlanılmasına icazə verilməyəcək Bakıda yeraltı qarajlar istifadəyə verildikdən sonra avtomobillərin yol kənarında saxlanılmasına icazə verilməyəcək

Yol kənarında maşın saxlamağa icazə verilməyəcək

Bakıda yeraltı qarajlar istifadəyə verildikdən sonra avtomobillərin yol kənarında saxlanılmasına icazə verilməyəcək



Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov məlumat verib. O bildirib ki, paytaxt ərazisində tikilən yeraltı qarajlar tam istifadəyə verildikdən sonra həmin qarajların yaxınlıqlarında dayanma və durma qaydasına icazə verilən nişanlar quraşdırılacaq. Yeraltı qarajlardan istifadə etməyən və avtomobili dayanma və durmanı qadağan edən nişanların təsir sahəsində saxlayan sürücülər cərimə ediləcək.

V. Əsədov həmçinin qeyd edib ki, son bir həftə ərzində paytaxt ərazisində dayanma və durma qaydasını pozan 320 sürücü cərimələnib.

AzNews.az