- Köhnə - Cəmiyyət
- 5 İyun 2013 09:36
- 1 419
“Ermənilər su ilə müharibə edir“
Onun sözlərinə görə, Azərbaycandakı su anbarlarının hamısı nəzarətdədir: "Gələcəkdə su anbarlarının fəsadlar verməməsi üçün müvafiq tədbirlər görülür. İşğal altında olan Sərsəng su anbarının taleyi müharibənin gedişindən asılıdır".
ASC sədri qeyd edib ki, Sərsəng su anbarının işğal olunması nəticəsində Azərbaycanın cəbhə bölgələrində yaşayan əhalisi böyük çətinliklər çəkir: "Biz yeraltı sulardan istifadə etməklə, artezian quyularının qazılması ilə bu çətinlikləri aradan qaldırırıq".
Qeyd edək ki, Ağdərə rayonuna məxsus olan Sərsəng su anbarının Ermənistan tərəfindən işğalı nəticəsində bu anbarda ötən müddət ərzində qəzalı vəziyyət yaranıb. Bu su anbarında qəza baş verərsə, Azərbaycanın işğal altında olmayan daha 7 rayonuna fəsadlar verəcəyi müəyyənləşdirilib.//trend//
AzNews.az