Benilüks Azərbaycanlıları Konqresinin media müşaviri Bakıya gələcək

Benilüks Azərbaycanlıları Konqresinin media müşaviri, senat Nasir Mahmudov Bakıya işgüzar səfər edəcək.

Konqresin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər iyul ayının 21-22 tarixlərində baş tutacaq. Diasporla İş üzrə Dövlət Komitəsində və Milli Məclisdə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Görüş zamanı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması prioritet məsələ olacaq.

AzNews.az