İlham Əliyev monqolustanlı həmkarını təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorja təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Monqolustanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzNews.az