- Köhnə - Cəmiyyət
- 12 İyul 2013 08:39
- 5 427
Rus qadını,kartof-soğan və sevgi…
- Yox.
- Çəkirdi?
- Yox.
- Maaşını evə gətirmirdi?
- Gətirirdi.
- Ay başına kül olsun sənin. Ta bundan artıq nə istəyirdin ki?! Allah adamın ağlını əlindən alanda belə olur da. Ağzından rahat loğmanı çıxarıb atırsan qırağa, sonra da deyirsən ki, mən xoşbəxt olmaq istəyirəm.
Bu söhbət boşanmış qadınlara çox tanışdı.
Yaxşı, bunu bildik.
Bildik ki, bir statik Azərbaycan qadını üçün əsil kişi (ər) dediyin kimdi.
Gələlim qadınlara (arvad).
Uzun müddət Rusiyada yaşayıb gəlmiş bir dəyərli dostumun rus qadınlarına olan aşırı simpatiyası, üstəgəl öz qadınlarımıza antipatiyası məndə maraq oyatmışdı. Bir gün dözə bilməyib, səbəbini soruşdum.
Dedi:
- Bizim qadınlar ərini məişət problemlərilə o qədər yükləyir ki, adamda sevməyə taqət qalmır.
Dedim: - Pah, nədi, bəyəm, rus qadın (arvad) kartof-soğan yemir, uşağı pampers bağlamır, qaz, işıq, su pulu vermir? Yoxsa çılpaq gəzir?
Dedi:
- Əlbəttə, bunların hamısını iki qat edir. Sadəcə, bu problemləri, xərcləri gün boyu, ömür boyu sənə sevgisinin, diqqətinin, qayğısının içində elə əridib bildirir ki, bütün həyatını kartof plantasiyalrında keçirib bu qadını mutlu etmək istəyirsən.
Xeyli gülmüşdüm.
İllər öncə olan bu söhbəti təsadüfən xatırlamadım.
Bu günlərdə dənizin cazibəsi məni də çəkib Naxçıvandan Bakıya gətirdi.
Burda uzun və məşəqqətli aramalardan, çeşid-çeşid dost-tanışı, makleri tanıyıb-biləndən sonra nəhayət ürəyimə yatan, cüzdanımın ciblərinə uyğun gələn kirayə evi tapa bildim.
Qəribə yorğunluq və sevinclə pillələri qalxıb açarı çantamdan təzəcə çıxarmışdım ki, birdən sol yandakı qonşunun qapısı açıldı.
Dönüb gördüyüm ucaboy, gözəl, nənəm demişkən
"zabitəli"ortayaş bir xanımıydı. Çıxdı deyəndə ki, yarıaçıq qapıdan tam deyil, mənə nəsə demək üçün gərəkən orqanlarını bir az bayıra sarı uzatdı. Adətimcə gülümsədim. Sağ olsun, o da borclu qalmadı.
Dönüb içəri keçmək istəyirdim ki:
- Siz qalacaqsız burda? – soruşdu.
Təsdiq elədim.
""Xoş gəlmisiz, mən filankəsəm, yeni köçursüz, bir şeyə ehtiyacınız olsa, burdayıq və s." - deyəcəyini gözləyəcək qədər sadəlövhmüşəm" . Hüsnü-camalını heyranlıqla süzdüyüm xanım davam elədi:
- O aşağıda oturan aravada hərəmiz ayda bir manat veririk, bloku təmizləyir. İndi verirsiz, yoxsa?.. - Nəfəsini belə dərmədən əsas suala keçdi: - Kiminlə qalacaqsız? Dünən evə baxmağa gəldiyiniz kişi nəyinizdi?
Sual bombardmanının əlindən qaçmaq üçün macal axtarırdım ki, aşağıdan ağır-ağır addımlarla pillələri qalxan bir kişinin başı göründü. Kişinin başını görən kimi məni unudan xanım qızmış tüfənginin lüləsini kişiyə çevirdi:
- Bayaqdan zəng edirəm, telefonuna zəng çatmır. Evə gələndə zəng elə də, gör, bəlkə bir ürəyi ağrıyan var, dərman almaq lazımdı...
Kişi istidən və yorğunluqdan təntimiş səsilə cavab verdi:
- Metrodaydım...
Bu xoşbəxt ailə tablosunu qapının o biri üzündə qoyub nəhayət evimə keçə bilmişdim.
Evim-evim, gözəl evim...