Mənsum İbrahimov Tacikistanda konsert verib

Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimovun rəhbəri olduğu "Qarabağ" muğam kvarteti Porşinev şəhərində mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Azərbaycan-Tacikistan dostluq konserti verib. Konsert saat 12:00-da başlamış və 2 saata yaxın davam edib.

Konsertin əvvəlində Şuqnan rayonunun sədri Şodixon Camşedov Azərbaycandan gələn qonaqları salamlayaraq, azərbaycan və tacik xalqlarının çoxəsrlik, güclü, ənənəvi dostluğu haqqında danışib. . O, qeyd edib ki, son iki ayda Azərbaycanın Tacikistandakı səfirliyi Tacikistanın müxtəlif regionlarında ayrı-ayrı musiqi qruplarının ifasında 13 konsert təşkil edib.

Azərbaycan Respublikasının Tacikistandakı fövqəladə və salahiyyətli səfiri Abbasəli Həsənov Azərbaycan səfirliyinij n ötən bir il ərzində keçirdiyi musiqi bayramları haqqında tamaşaçılara geniş məlumat verib. Eyni zamanda , Sadraddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" operası səhnə tarixində ilk dəfə olaraq Tacikistan xoru, orkestri və aktyorlarının iştirakı ilə azərbaycan dilində tamaşaya qoyulmasını tarixi hadisə olduğunu bildirib. Azərbaycan diplomatı Muğam və şaşmakomun eyni kökdən qidalanan musiqilər olduğunu deyib.

Səfərin ikinci günü isə , azərbaycandan olan musiqiki kollektivi Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Xoroq şəhərində "Dünyanın damı" adlı 5-ci Beynəlxalq Musiqi, İncəsənət və Turizm Festivalda iştirak edib. Azərbaycanı Festivalda xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında "Qarabağ" qrupu təmsil edib. Mənsum İbrahimovla yanaşı muğam ifaçısı, 2011-ci ildə Azərbaycanda keçirilən II muğam Festivalının qalibi Aytən Məhərrəmovanın çıxışı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanib. Tarda əməkdar incəsənət xadimi Elçin Həşimov, kamançada əməkdar incəsənət xadimi Elnur Əhmədov, nağarada Sultan Əliyevin mahir ifaları da böyük maraqla dinlənildi. Azərbaycan təmsilçilərinin Xoroq şəhərinin mərkəzi "İstirahət Parkı"ndakı çıxışları da böyük alqışlarla qarşılanıb.

Bu tədbirin məqsədi dir. Qonaqlara Pamirin tarixi, mədəniyyəti, ənənələri, musiqisi haqqında məlumatlar təqdim olunub.

Qitələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyan musiqi festivalında Tacikistanın müxtəlif regionlarından gələn nümayəndələrlə yanaşı, Azərbaycan, Qazaxıstan, ÇXR, Əfqanıstan, Qırğızıstan, Pakistan, ABŞ kimi ölkələrdən musiqiçilər, incəsənət adamları, turizm təmsilçiləri qatılıblar.

Festival çərçivəsində həm də ustad dərsləri keçirilib, ölkələrin mədəniyyətləri, adət-ənənələri haqqında sənədli filmlər göstərilib.

Aida
AzNews.az

image description image description image description image description