- Köhnə - Cəmiyyət
- 15 İyul 2013 16:05
- 4 974
Heydər Əliyev Mərkəzi ən yaxşı memarlıq abidələri siyahısında
"Qafqazinfo" xəbər verir ki, dünya şöhrətli memar Zaha Hadidin tikdiyi Mərkəz artıq Dünya Memarlıq Festivalının, eyni zamanda ən yaxşı interyerlərin müəyyənləşdirildiyi İnside Festivalın siyahısına daxil olub.
Dünya Memarlıq Festivalı bu ilin oktyabrında Sinqapurda keçiriləcək. Ötən il festivalda dünyanın bütün ölklərindən gələn 1500 memar iştirak etmişdi.
Qeyd edək ki, mərkəzin 2007-ci ildə inşasına başlanılıb, 2012-ci il mayın 10-da, Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir.
AzNews.az