- İşin içi
- 17:30
- 1 968
IMF: Yüksək enerji qiymətləri Azərbaycandə CƏB-in profisitini və ARDNF-in ehtiyatlarını artıracaq
Enerji qiymətlərinin artması hesabına 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar balansında profisitin artacağı gözlənilir.
Aznews.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) qiymətləndirməsində qeyd olunub.
Məlumata görə, 2026-cı ildə ÜDM-in 2,1% artacağı proqnozlaşdırılır. Bu artım əsasən qeyri-neft sektorunun hesabına olacaq. Belə ki, qeyri-neft iqtisadiyyatında artımın 3,7%-ə çatacağı, daha sonra isə 3,5% ətrafında sabitləşəcəyi gözlənilir.
Ümumi iqtisadi artım orta müddətdə təxminən 2,5% səviyyəsində qalacaq.
IMF qeyd edir ki, iqtisadi artıma müəyyən dəstək fiskal siyasətin nisbətən yumşaldılması və Yaxın Şərqdəki müharibə fonunda enerji qiymətlərinin artması ilə bağlıdır.
Fondun proqnozuna görə, 2026-cı ilin sonuna ölkədə inflyasiya 6% təşkil edəcək.