- Köhnə - Cəmiyyət
- 24 İyul 2013 15:30
- 2 280
“YAP ölkənin ən güclü siyasi partiyasıdır“
"Jurnalistlərin evlə təmin olunmasına gözü götürməyən ermənipərəst qüvvələr var"
Bu gün Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının fəalları ilə görüş keçirilib.
Trend-in məlumatına görə, görüşdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bildirib ki, YAP ölkənin ən güclü siyasi partiyasıdır: "Hakim partiyanın çoxsaylı görüşlərində də bütün Azərbaycan ictimaiyyəti, cəmiyyəti, xalqı, seçicisi İlham Əliyevin 10 ildə gördüyü işləri bəyənir, dəstəkləyir və Heydər Əliyev siyasətinin davamlı olmağını istəyir. Beləcə, insanlar İlham Əliyevin yenidən prezidentliyə namizəd olmağını arzulayırlar. Bu, YAP-ın 600 minlik üzvünün qərarıdır".
S.Novruzov qeyd edib ki, bəzi qüvvələr, nədənsə Azərbaycanın inkişafını görmür və buna biganə yanaşır: "Yeni Azərbaycan Partiyası yarananda ölkədə vəziyyət çox ağır idi. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra bu problem aradan qaldırıldı. Artıq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Dünya əhəmiyyətli beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artan iqtisadi gücündən xəbər verir".
S.Novruzov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyaya nümunə olaraq jurnalistləri evlə təmin edib: "Təbii ki, bunu gözü götürməyən ermənipərəst qüvvələr var. Onlar da Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edir".
Tədbirin sonunda isə partiya sıralarına yeni daxil olmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
AzNews.az