- Köhnə - Cəmiyyət
- 31 Avqust 2013 19:29
- 4 638
Yardımlıda toy yasa döndü – FACİƏ
AzNews.az əməkdaşı xəbər verir ki, 1967-ci il təvəllüdlü Şahbazov Xanhuseyn Ağaheydər oğlu qəfildən dünyasını dəyişib.
Bəyin əmisi olan Xanhüseyn Sahbazov qardaşı oğlunun toy mərasimində iştirak etmək üçün yaşadığı Masallının Tatyan kəndindən Yardımlıya gəlib. Hadisə şahidlərini dediyinə görə, Sahbazov Xanhüseyn toyda çox fəal iştirak edib, digər qonaqlarla bərabər oynayıb. Elə hadisə də qohumları ilə bərabər rəqs edərkən baş verib.
Gözlənilmədən halı pisləşən və yerə yıxılan X.Şahbazovun ölüm səbəbləri araşdırılır. İlkin ehtimala görə, ölüm faktı mərhumun qan təzyiqinin kəskin artması nəticəsində beyninə qan sızmasından baş verib.
Azər
AzNews.az