- Köhnə - Cəmiyyət
- 1 Sentyabr 2013 12:43
- 2 896
Tanınmış baş redaktor vəfat etdi
AzNews.az xəbər verir ki, Ələkbər Salahzadə 1941-ci il martın 15-də Quba rayonunun Cimi kəndində anadan olub.
O, Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlayıb, həm də mətbuatda çıxış edib.
"Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olub, Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini işləyib.
"Ulduz" jurnalında poeziya şöbəsinin müdiri, redaktor vəzifəsində çalışan Ə.Salahzadınin sonuncu iş yeri "Qobustan" jurnalı olub.
AzNews.az