- Köhnə - Cəmiyyət
- 16 Sentyabr 2013 09:57
- 3 540
Kamal Abdulla ittihamlara cavab vermir

Direktor bildirib ki, onun rəhbərlik etdiyi teatrda yazıçı-dramaturq Elçin Əfəndiyevin əsərləri əsasında quruluş verilən tamaşalara bilet alan yoxdur. Direktor iddia edib ki, E.Əfəndiyevin əsərləri tamaşaya qoyulanda varlı təbəqənin nümayəndələri xüsusi dəvətlə gəlirlər, heş kim bilet almır: "Bəli, varlı təbəqənin nümayəndələri dəvət əsasında iştirak edir, yəni könüllü bilet alıb gələnlər olmur. Kamal Abdullanın tamaşasına gələnlər də bu təbəqənin adamlarıdır. Amma onlar sifariş və ya dəvət əsasında yox, Kamalı incitməmək, sözünü yerə salmamaq üçün gəlirlər".
Məsələ ilə bağlı fikrini öyrənmək istədiyimiz Kamal Abdulla AzNews.az-ın suallarına cavab verməyib. O, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun hər-hansı bir fikrinə bir cümlə belə xərcləməyəcəyini bildirib.
Bahar Rüstəmli
AzNews.az