Cəbhədə gərginlik davam edir

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba, Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az